İnsan Resursları idarə edilməsi xidmətləri

İnsan Resursları idarə edilməsi xidmətləri

AR Əmək Məcəlləsinə uyğun olaraq işçilər ilə əmək müqaviləsinin bağlanması;
İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;
İşəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;
Əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;
İşçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);
İşçilərin sosial sığorta olunmasını təmin etmək;
İşçilərin əmək kitabçaları ilə təmin edilməsi;
Əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;
Qadınların, yaşı 18-dən az olan işçilərin hüquqlarının təmin edilməsi;
Əlil şəxslərin hüquqlarının təmin edilməsi;
İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması; İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin icbari sığorta ilə təmin edilməsi;
Zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;
Bütün statistik hesabatların tərtib eidlməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi;

HESABLAMA VƏ ÖDƏNİŞ PAKETİ
  • Müəssisə üçün aylıq əmək haqlarının hesablanması;
  • İşçinin gün ərzində işlədiyi iş saatlarını əks etdirən tabelin hazırlanması;
  • Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
  • İşçilər üçün illik məzuniyyət haqlarının və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması;
  • İstirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi;
  • İş saatından artıq işləyən işçilərin hüquqlarının təmin edilməsi;
  • İşçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərın hesablanması;
  • Son haqq hesabların hazırlanması;
  • Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;
  • İşəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi;
  • İşçilərin haqq-hesab sənədlərinin hazırlanması;